Brilliant Rafael Dadaşovun yasından hamını qovub

Şou 18-03-2020, 15:10
Brilliant Rafael Dadaşovun yasından hamını qovub


“Dünən sənətkar Rafael Dadaşovun yasından hamı qovuldu. Rayondan uzaq yol gələn insanların çayı, halvası qabağında qaldı. Ahıl yaşda insanlar olan yerdə Brilliant xanım “Yas qurtardı, durun hamınız gedin” dedi. Camaat da ayağa qalxdı və evi tərk etdi”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri ötən gün Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə qatılan Səidə Dadaşovanın dostu, vayner Elçin sosial media hesabında yazıb.

O, Xalq artisti Brilliant Dadaşovanın yas mərasiminə qatılan bir neçə nəfəri məclisdən qovduğunu iddia edib:

“Hadisə media, saytlar və kameralar gedəndən sonra baş verdi. Səidə Dadaşovaya olan hörmətimdən dolayı susdum. Mən hansısa “vaynerka”lar kimi kameraya düşməyə, Səidənin qoluna girib, Qənirə Paşayevaya yanaşmağa, nə də xəbər səhifələri məni çəksin deyə Brilliant xanımın yanında durmağa gəlməmişdim. Vəfa borcumu yerinə yetirməyə gəlmişdim. Çayxanaya, qəlyanxanaya gəlməmişdik ki, bizə “durun, çıxın” deyilsin”.

Qeyd edək ki, dəfn mərasimindən öncə də Brilliant xanımla ailə üzvləri arasında medianın çəkiliş etməsi barədə mübahisə yaranıb və bu anlar kameralara yansıyıb. /nim.az


Brilliant Rafael Dadaşovun yasından hamını qovub
Oxunub: 12
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031