“Avroviziya” təmsilçimiz bu çəkilişlərə qatılmayacaq

Şou 18-03-2020, 14:30
 “Avroviziya” təmsilçimiz bu çəkilişlərə qatılmayacaq

Müğənni Samirə Əfəndi Niderlandda keçirilməsi planlaşdırılan “Avroviziya-2020” mahnı müsabiqəsinin postkart çəkilişlərinə qatılmayacaq.

Nim.az” xəbər verir ki, buna səbəb təşkilat komitəsinin koronavirusla bağlı Avropada tətbiq olunan karantin vəziyyətini nəzərə alaraq çəkilişləri ləğv etməsidir.

Müsabiqə rəhbərliyinin qərarına əsasən, tanıtım çarxları Amsterdam və digər şəhərlərdə lentə alınmayacaq, hər bir ölkənin iştirakçısı videoçarxı yaşadığı ərazidə çəkdirəcək.

Qeyd edək ki, qərardan əvvəl 41 ölkə təmsilçisi Niderlanda getməli və çarxları orada hazırlamalı idi.
Oxunub: 11
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031