koronavirusinfo.az informasiya portalı istifadəyə verildi

Sosial 19-03-2020, 12:00
koronavirusinfo.az informasiya portalı istifadəyə verildi

Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən məlumat portalı (www.koronavirusinfo.az) istifadəyə verilib.

"Nim.az" xəbər verir ki, portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapıb.

Azərbaycan hökumətinin əhalinin sağlamlığının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyələr operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır.

Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.
Oxunub: 37
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031