Nazirlik sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Sosial / Təhsil 2-03-2020, 13:27
Nazirlik sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda ("Pepsi" qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, ola bilər ki, bu, həmin şəxsin öz təşəbbüsü olub: "Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir. Ola bilər ki, o xanımın öz təşəbbüsü olub".


Nazirlik sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Oxunub: 22
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031