Lolitanın keçmiş əri ona təhlükəli preparatlar veribmiş

Maraqlı 14-02-2020, 12:07
Lolitanın keçmiş əri ona təhlükəli preparatlar veribmiş


Rusiyalı müğənni Lolita Milyavskayanın vəkili Sergey Jorin bildirib ki, ifaçının keçmiş həyat yoldaşı Dmitri İvanov ona təhlükəli preparatlar verib.

Nim.Az Nim.az-ya istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" yazıb.

"Ailəli olduqları müddətdə İvanov həyat yoldaşının sağlamlığının qayğısına qalması bəhanəsi ilə ona BAƏ-lər (bioloji aktiv əlavələr-red.) verirdi. Lolita ondan ayrılanda maddələri yoxlamaq qərarına gəlib və onları tədqiqata göndərib. Məlum olub ki, onlar orqanizmə zərər vurur", - hüquqşünas deyib. Jorin bildirib ki, bu məsələni artistlə bərabər araşdırmağı planlaşdırır.

Qeyd edək ki, Dmitri İvanov Lolitanın sayca beşinci həyat yoldaşı olub. Onların evliliyi 9 il sürüb.
Oxunub: 17
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031