Gürcüstan Azərbaycandan qaz idxalını artırıb

İqtisadiyyat 19-03-2020, 12:20
Gürcüstan Azərbaycandan qaz idxalını artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 517,332 mln. kubmetr həcmində təbii qaz idxal edib.

Nim.az”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycandan qonşu ölkəyə ixrac olunan təbii qazın ümumi dəyəri 89,234 mln. ABŞ dolları təşkil edib.

İllik müqayisədə Gürcüstanın Azərbaycandan tədarük etdiyi təbii qazın həcmi 31,317 mln. kubmetr və ya 6,4 % artıb.

Hesabat dövründə qonşu ölkə Azərbaycandan 6,611 mln. ABŞ dolları dəyərində 13 819 ton neft və neft məhsulları alıb. Bu məhsulun həcmində illik müqayisədə 11 342 ton və yaxud 45% azalma qeydə alınıb.
Oxunub: 14
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031