Ulduz futbolçu və xanımına silahlı hücum

İdman 31-10-2019, 17:56
Ulduz futbolçu və xanımına silahlı hücumİtaliya millisi və "Yuventus"un sabiq futbolçusu Klaudio Markizio soyğunçuların hədəfinə çevirilib.

Fanat.Az xəbər verir ki, ötən axşam 4 silahlı şəxs keçmiş yarımmüdafiəçinin evinə gələrk onu və həyat yoldaşı Roberta Sinopolini tapança ilə hədələyiblər. Veteran futbolçu soyuğunçulara pul və qiymətli əşyalar vermək məcburiyyətində qalıb.

Markizio soyğunla bağlı polisə məlumat verib, araşdırma aparılır.

Qeyd edək ki, Klaudio Markizio karyerası ərzində "Yuventus", "Empoli" və "Zenit"də çıxış edib, İtaliya millisində keçirdiyi 55 oyunda 5 qol vurub.
Oxunub: 76
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30