APOEL-in baş məşqçisi istefa ərizəsini yazdı - Gərginlik

İdman 31-10-2019, 17:40
APOEL-in baş məşqçisi istefa ərizəsini yazdı - Gərginlik"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL-in baş məşqçisi Tomas Dolla klub rəhbərliyi arasında gərginlik yaranıb.

Fanat.Az xəbər verir ki, bu barədə Cənubi Kipr mediası məlumat yayıb.

Buna səsəb klub prezidenti Prodromos Petridesin Luk Hacılukası komandaya köməkçi-məşqçi təyin etməsi olub. Baş məşqçi bu qərardan narazı qalıb. Alman mütəxəssis ölkə çempionatında "Nea Salamis"lə matçdan (3:0) sonra məşqçi heyətindən razı qaldığını və əlavə köməkçiyə ehtiyac duymadığını söyləsə də, onun bu fikirlərinə məhəl qoyulmayıb.

Bundan sonra Tomas Doll istefa ərizəsi yazıb. Ancaq klub rəhbərliyi bu məsələyə bir müddətdən sonra baxacağını bildirib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Komandalar noyabrın 7-i Nikosiyada cavab matçına çıxacaq.
Oxunub: 65
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30