Cavid Hüseynov: "Bu, yetərincə təhlükəli virusdur"

İdman 19-03-2020, 11:42
Cavid Hüseynov: "Bu, yetərincə təhlükəli virusdur"

"Koronavirusa görə elə də güclü tədbir görmürük. Görüləsi hər hansı iş də yoxdur. Sadəcə, bütün qaydalara riayət edir, əlləri tez-tez yuyur və gigiyenaya əməl edirik. Bunlar əslində hər gün əməl etməli olduqlarımızdır".

Bu fikirləri "Nim.az"a açıqlamasında "Zirə"nin kapitanı Cavid Hüseynov deyib. 31 yaşlı yarımmüdafiəçi komandasının məşqlərinin təxirə salınmasından sonra Bakını tərk etdiyini bildirib. O, hazırda ailəsi ilə birlikdə Qax rayonunda dincəldiyini söyləyib: "Artıq beş gündür ki, buradayam. Mətbuatı daim izləyirəm. Çempionatdakı fasilə aprelin 14-dək uzadıldı. Ümid edirəm ki, bu böyük fasilə komandaların, əsasən də "Zirə"nin çıxışına çox təsir etməyəcək. İstərdik ki, yaxşı mənada təsiri olsun".

Hüseynov Premyer Liqada oyunların bərpası ilə bağlı da danışıb: "Müqafiq qurumlar lazımi qərarları verəcəklər. İnsanların sağlamlığı ön planda olmalıdır. Bu, yetərincə təhlükəli virusdur. Bütün dünyada minlərlə insan dünyasını dəyişib. Əsas olan işindən və peşəsindən asılı olmayaraq, xalqımız və millətimizin sağlamlığıdır".

Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi yığmanın yoldaşlıq görüşlərinin ləğvini normal qarşıladığını sözlərinə əlavə edib: "İnsanların sağlamlığı vacib olduğundan, hansısa beynəlxalq qarşılaşmanı düşünmək olmaz. Bütün dünya bu xəstəliyi adlamalıdır. Sonra hər şey qaydasına düşəcək".

Qeyd edək ki, "Zirə" 20 turdan sonra Azərbaycan Premyer Liqasında 23 xalla 5-ci pillədə qərarlaşıb. Cavid Hüseynov 2019-cu ilin yayından "Zirə"nin formasını geyinir.
Oxunub: 21
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031