Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Hadisə 19-03-2020, 11:53
Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Rusiyanın Petrozavodsk şəhərində Azərbaycan vətəndaşı qonşusu tərəfindən qətlə yetirilib.

Nim.az” “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, polis artıq həmvətənimizi öldürməkdə şübhəli bilinən 56 yaşlı iş adamını saxlayıb.

Qeyd olunur ki, Azərbaycan vətəndaşı ilə mübahisədən sonra şübhəli 56 yaşlı iş adamı Yevgeni Yablokov onu silahla vurub və nəticədə həmvətənimiz yerindəcə ölüb. Şübhəli şəxs qaçıb gizlənsə də, polis onu saxlayıb. Müəyyən edilib ki, Y.Yablokov Azərbaycan vətəndaşı ilə qonşu olub. Yerli biznes cəmiyyətində isə onun psixi xəstəlikdən əziyyət çəkdiyi vurğulanıb.

Hazırda hadisənin başvermə şəraiti, eləcə də cinayətin motivi araşdırılır. Zəruri məhkəmə ekspertizaları təyin edilib, cinayət işinin istintaqı davam edir.
Oxunub: 19
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031