Bakıda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldü

Hadisə 19-03-2020, 10:50
Bakıda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldü

Bakıda hamilə qadın ürək çatışmazlığından ölüb.

Nim.az xəbər verir ki, hadisə paytaxtın Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 22 həftəlik hamilə olan 1989-cu il təvəllüdlü Ş.Mustafayevaya “mitral qabağın protezinin trombozu” diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilsə də, 31 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Qadınla birlikdə bətnindəki körpə də tələf olub.

İlkin məlumata görə, Ş.Mustafayeva beş il əvvəl ürək əməliyyatı keçirib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 22
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031