22 gün əvvəl qəzada ölən piyada naməlum şəxs kimi dəfn olunub

Hadisə / Region 12-02-2020, 13:15
22 gün əvvəl qəzada ölən piyada naməlum şəxs kimi dəfn olunub


Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində ölən və kimliyi müəyyənləşməyən şəxs naməlum şəxs kimi dəfn olunub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 21-də saat 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında “Ford” markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.

Hadisədən 22 gün keçməsinə baxmayaraq, vurulan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Şəxsiyyəti və yaxınları müəyyən edilmədiyindən meyit Hacıqabul şəhər qəbiristanlığında naməlum şəxs kimi dəfn olunub.

Əldə edilən məlumata görə, meyit tanınmaz halda olsa da, bəzi əlamətlərinə əsasən, onu yaxınları və ya tanışları tanıya bilər. Belə ki, ölən şəxsin sol bilək nahiyəsində “ürəyə sancılan ox” təsviri və “M” hərfi yazılmış döymə var. Saçları xına rəngində, bəzi dişlərinin sarı metaldan olduğu bildirilir.

Əynində “CHELSIA” yazılan idman şalvarı olub.

Bu əlamətlərə görə itkin düşən şəxs barədə məlumatı olanlardan hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.
Oxunub: 24
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031