Azərbaycandakı miqrantların icazə müddətinin artırılmasına başlandı

Gündəm 19-03-2020, 12:10
Azərbaycandakı miqrantların icazə müddətinin artırılmasına başlandı

Sərhədlərin bağlanmasından sonra Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə müddəti başa çatan əcnəbilərin müraciətlərinə baxılması prosesinə başlanıb.

Bu barədə Trend-ə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərli deyib.

Onun sözlərinə görə, hazırda icazə müddəti başa çatan miqrantların ölkədə qalması üçün Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətlər qəbul edilir:

"Artıq 2 gündür ki, həmin miqrantların müraciətləri daxil olur. Müraciətlər qəbul olunur, həmin şəxsin ölkədə icazəsiz qalması nəzərə alınır. Proses sərhədlər açılana qədər davam edəcək".

E.Kələntərli bildirib ki, sərhədlər bağlanandan sonra icazə müddəti başa çatan bütün miqrantların müraciətləri nəzərə alınacaq.
Oxunub: 11
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031