Gürcüstanda koronavirusdan sağalanların sayı 8 nəfərə çatdı

Dünya 23-03-2020, 11:07
Gürcüstanda koronavirusdan sağalanların sayı 8 nəfərə çatdı

Gürcüstanda koronavirus diaqnozu qoyulan daha iki pasiyent tam sağalıb.

Nim.az”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

O, həmin şəxslərin artıq xəstəxananı tərk etdiklərini deyib.

M.Ezuqbaya qeyd edib ki, üç pasiyent də sağalmaq üzrədir:

“Onlar koronavirusla bağlı təkrar müayinədən sonra günün ikinci yarısında evə buraxılacaqlar”.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 54 nəfərdə təsdiqlənib.
Oxunub: 15
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031