Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

Dünya 19-03-2020, 12:49
Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

Moskvada koronavirus diaqnozu qoyulan bir təqaüdçü yoluxucu xəstəliklər xəstəxanasında vəfat edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvadakı əməliyyat qərargahının mesajında bildirilib.

Xatırladaq ki, ilk nasazlığı 79 yaşlı bir qadın 13 martda hiss edib. O, özəl klinikada müalicə alsa da, iki gün sonra yoluxucu xəstəliklər xəstəxanasına köçürülüb və koronavirus testinin nəticələri müsbət çıxıb. Tibb müəssisəsində qadın təcrid olunmuş vəziyyətdə saxlanır və kompleks müalicə alırdı.

Ölüm bir sıra xroniki xəstəliklərin fonunda, sətəlcəm nəticəsində baş verib: 2-ci tip diabet, ateroskleroz, hipertansif ürək xəstəliyi. Hazırda qadının bütün qohumları həkim nəzarəti altındadır.

Son məlumatlara görə, Rusiyada 147 koronavirus hadisəsi qeydə alınıb. 22 mindən çox insan koronavirus infeksiyası olduğuna görə tibbi nəzarətdədir.

Məlumat üçün bildirək ki, martın 12-də koronavirus şübhəsi olan bir nəfərin Kommunarka qəsəbəsinin Moskva tibb mərkəzində öldüyü bildirilmişdi. Tibb mərkəzinin tibb bölməsinin baş həkimin müavini İqor Tyurin açıqlama yayaraq, xəstənin ölüm səbəbinin koronavirus infeksiyası olmadığını açıqlamışdı.

Əməliyyat Qərargahı vurğulayıb ki, yoluxucu xəstəliklərin ağırlaşması xüsusilə 60 yaşdan yuxarı insanlar üçün təhlükəlidir, odur ki, infeksiya riskini mümkün qədər azaltmalı, təması və insanların sıx olduğu yerlərə getməyi minimuma endirməyə çalışmaq lazımdır.
Oxunub: 17
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031