İranlı "Ancelina Coli" həbs edildi

Dünya 7-10-2019, 11:20
İranlı "Ancelina Coli" həbs edildi


Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı fenomen Səhər Tabar həbs edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub.

İranlı bir qrup şəxs onu Tehranda bir dini quruma şikayət eidb. Bundan sonra isə polis onun haqqında cinayət işi açıb. 21 yaşlı fenomen isə Coliyə bənzəmək istədiyinə dair iddaları rədd etmiş, paylaşdığı fotoları isə "makiyaj əsəri" adlandırmışdı.

Səhərin milyonlarla izləyicisi olan İnstaqram hesabı da bağlanıb. Bu isə onun pərəstişkarlarının şikayətinə səbəb olub.
Oxunub: 120
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31