Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb

Araşdırma 16-12-2019, 10:22
Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb
Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olan şəxslərin sayı artıb.

Nim.az-ın məlumatına görə, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı 2019-cu ilin dekabrın 5-də yenilənib.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndakı şəxslərin sayı 895 nəfərdir.

Onların içərisində deputatlar, musiqiçilər, jurnalistlər və başqaları var.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər cinayət sayılır.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.
Oxunub: 36
OXŞAR MÖVZULAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031